Tamam Cəfərova və Tahir Məmmədov Türkiyədən gələn gənclərlə görüşdü

Baxılıb:99
Tamam Cəfərova və Tahir Məmmədov Türkiyədən gələn gənclərlə görüşdü

AzTimes.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla birlikdə “Türkiyə – Azərbaycan gənclərininin mübadilə proqramı” çərçivəsində Türkiyədən gələn gənclərlə görüşdə iştirak edib.“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15-21 avqust tarixlərində ölkəmizdə “Türkiyə – Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilir.Avqustun 16-da Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində təşkil edilən proqramın açılış mərasimi olub, qonaqlarla tanışlıq görüşü keçirilib və onlar “Azərbaycan gənclər siyasəti” mövzusunda təlimdə iştirak ediblər. Görüş zamanı türkiyəli gənclərə Şamaxı rayonunun tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.


Abunəlik