Göygöl məhkəmə hakimindən ədalətsiz QƏRAR-Heyvana işgəncə edən şəxs cəzasız qaldı

Baxılıb:118
Göygöl məhkəmə hakimindən ədalətsiz QƏRAR-Heyvana işgəncə edən şəxs cəzasız qaldı

Bir neçə gündür ki, sosial şəbəkələrdə itə edilən işgəncə haqda görüntülər müzakirələrə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki sahibsiz itə rəhimsiz rəftar edən və onu atasına məxsus ov silahı ilə ataş açaraq yaralayan şəxsin rayon sakini Yusif Bağırov olması müəyyən edilib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət veriləcək.

AzTimes.az bildirir ki, şəxs saxlanılıb, Göygöl rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib. Lakin Gəncə Appelyasiya Məhkəməsi qərari ləğv edib. Bir çox şəxslər məsələdə polisi günahkar hesab edirlər. Məsələdən də aydın olduğu kimi polis səlahiyyətində olan bütün prosedurları həyata keçirib. Amma polisin məhkəmə qərarına müdaxilə etmək kimi bir səlahiyyəti yoxdur . Bu baxımdan hər kəs qanunları və hər qurumun səlahiyyətini öyrənərək mühakimə etməlidir.

P.S. Yusif Bağırovun Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdirinin oğlu olduğu bildirilir. İddialara görə onun atası da bəzi əməllərinə görə məhkum həyatı yaşayıb.


Abunəlik