Azərbaycanca Vikipediyaya müdaxilə edənlər kimə xidmət edir?

Baxılıb:1641
Azərbaycanca Vikipediyaya müdaxilə edənlər kimə xidmət edir?

Azərbaycanca Vikipediya qurulanda, sevindik. Baxmayın, ən azından öz dilimizdə internet ensiklopediyamız, məlumat bazamız olacaqdı. Amma ağlımıza gəlmədi bu bazanın tez bir zamanda bazara dönəcəyi. Bəli, işbazlar o dəqiqə qamarladılar. “Baxım-görüm elə, vikipediyan olsun”. Bu cəhənnəm, bunu qoyaq bir qırağa. Ən dəhşətlisi isə informasiyaları ermənipərəst və iranpərəst idarəçilərin öz əqidələrinə uyğun vermələridir. Təsəvvür edirsiniz, 19-cu əsrə qədər əksər ictimai-siyasi, dövlət, ədəbiyyat, mədəniyyət xadimlərini, hətta böyük Azərbaycan şairi Nizami Gəncəvini belə, redaktə edib farslaşdırıblar. Hətta başqası tərəfindən hazırlanan məqalələrə daxil olub, kiçik redaktə ilə orada fars-İran izini qoyurlar. Daha bir təhlükə Azərbaycanda doğulan azacıq belə tanınan ermənilərə iri-iri məqalələr yaratmalarıdır. Bununla da ermənilərin Azərbaycanda çoxdan yaşadığını və əsas mədəniyyət daşıyıcısı, yaradıcısı olduğunu göstərirlər. Qərbi Azərbaycanda əsrlər boyu yaşayıb-yaratmış xadimlərimiz haqqında erməni dilində vikipediya məqaləsi tapmaq mümkün deyil.

Amma Azərbaycan vikipediyaçıları erməniləri geniş reklam edirlər. Hətta, Kim Kardaşyan haqqında elə geniş, elə yerli-yataqlı məqalə verilib ki, adam az qala ona səcdə edə. Burada məqsəd nədir? Yəqin cavabı bilirsiniz.

Daha bir təxribat isə türkçülüyü, Güney Azərbaycan hərakatını, onun haqq işini, həmçinin Qərbi Azərbaycanla bağlı şəxslərin və digər tarixi məsələlərlə bağlı məqalələr yaradan kimi, bu vikepidiya xainləri dərhal səhifələri silinməyə namizəd verib, öz həmfikirləri ilə birləşərək saxta müzakirə ilə silinməyinə nail olurlar. Düşmən burada da iş başındadır.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik