Gədəbəy polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir – FOTOLAR

Baxılıb:770
Gədəbəy polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir – FOTOLAR

AzTimes.az xəbər verir ki, ölkədə Novruz bayramı ilə əlaqədar tədbirlərin təşkili, insanların sıx toplaşmasına səbəb olur. Öncədən qeyd edildiyi kimi Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejiminə keçib. Bu Gədəbəy rayonunda da müşahidə olunur. Gədəbəy polisi rayonun mərkəzi küçələrində , bazar yaxınlığında nəzarəti gücləndirərək asayışın qorunmasını tam təmin edirlər.
2023-cü ilin ilk ayları olmasına baxmayaraq Gədəbəy RPŞ dəfələrlə narkomaniya əleyhinə xırda əməliyyatları uğurla həyata keçirib. Rayon ərazisində baş vermiş oğurluq hadisələrinin üstü isti izlərlə açılıb. Gədəbəy RPŞ-nin rəisi Birinci Qarabağ mühabəsi iştirakçısı polis polkovniki Mehman Həşimov mütəmadi olaraq rayon məktəbliləri ilə görüşlər keçirir. Onlarla dini radikalzm, erkən nigahın fəsadları və ağ ölüm olan narkomaniyayla mübarizə mövzusunda söhbətlər aparır.


Abunəlik