Xaçmazda Yol Polisləri xanım sürücüləri təbrik etdilər

Baxılıb:171
Xaçmazda Yol Polisləri xanım sürücüləri təbrik etdilər
      

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a bildirilib ki, Xaçmaz Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sükan arxasında olan qadın sürücüləri təbrik ediblər. Belə ki, bölmənin əməkdaşları tərəfindən onlara çiçəklər hədiyyə olunub. Gün ərzində 15-ə yaxın qadın sürücü belə sürprizlə qarşılaşıb. Polis əməkdaşları xanım sürücülərlə həmçinin maarifləndirici söhbətlər də apararaq yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyyə ediblər. Bu gün sürpirizlə qarşılaşan xanım sürücülər də öz növbəsində Azərbaycan polisinə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik