Millət vəkili Hicran Hüseynova Xocalı soyqırımı abidəsini ziyarət edib

Baxılıb:172
Millət vəkili Hicran Hüseynova Xocalı soyqırımı abidəsini ziyarət edib

AzTimes.az xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib. Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib.


Abunəlik