Hicran Hüseynova Küveytin Azərbaycandakı səfirliyi Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak etdi

Baxılıb:217
Hicran Hüseynova Küveytin Azərbaycandakı səfirliyi  Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak etdi

AzTimes.az xəbər verir fevralın 22-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə
təşkil etdiyi rəsmi qəbulda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova rəsmi şəxslər, səfirlər, ictimaiyyət nümayəndələri ilə birlikdə iştirak edib.

Tədbirdə Küveytin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 62-ci, işğaldan azad olunmasının 32-ci ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla Küveyt arasında iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Küveyt Azərbaycanın haqq işi uğrunda mübarizəsində həmişə yanında olub. Dost ölkənin dəstəyi Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Əminik ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da uğurla inkişaf edərək, dostluq və əməkdaşlığımızı möhkəmləndirəcək.

Hicran Hüseynova: “Dəvətə görə Küveytin ölkəmizdəki səfiri cənab Abdullah Mohamed Abdullah Almauidiyə öz minnətdarlığımı bildirirəm”.


Abunəlik