Sahil Babayev öz xanımına saxta əlillik düzəldən məmura yüksək vəzifə verdi – FOTOLAR

Baxılıb:615
Sahil Babayev öz xanımına saxta əlillik düzəldən məmura yüksək vəzifə verdi – FOTOLAR

DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialında yeni təyinat olub.  

AzTimes.az xəbər verir ki, Mahmud Məmmədov DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialının müdir müavini təyin edilib.

O, bu təyinata qədər həmin idarədə baş mütəxəssis vəzifəsində işləyib.

Qeyd edək ki, Mahmud Məmmədovun adı DSMF-nin Gədəbəy rayon şöbəsində pensiya təyinatı üzrə sektor müdiri olanda bir neçə saxta pensiya təyinatında hallanırdı. Hətta, öz həyat yoldaşı Aysel Məmmədovaya saxta əllilik almağı da bacarıb. Eyni zamanda, Aysel Məmmədovanın adına ştaj yazdırmağı da unutmayıb. Aysel Məmmədovanın adını Gədəbəydə “Park Market” adlı mağazada xadimə kimi rəsmiləşdirib. A.Məmmədovanın əmək kitabçasına işləmədən staj yazdırıb. Bununla da, Mahmud Məmmədov xanımının saxta əlillik və əmək pensiyası almağına da nail olub.

Əldə etdiyimiz məlumata görə, “Park Market” mağazasının sahibinin bu saxtakarlıqdan xəbəri yoxdur.

Mahmud Məmmədovun 2 saylı Qazax-Tovuz Regional Filialında müdir müavini təyin olunmasını sözgüdən idarədən sarkazm.az-a təsdiqləyiblər.


Abunəlik