Quba yolunda ağır qəza- Ölənlər var

Baxılıb:186
Quba yolunda ağır qəza- Ölənlər var

“Mercedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik