Milli Məclis və YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Baxılıb:246
Milli Məclis və YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

AzTimes.az xəbər verir ki, fevralın 8-də Milli Məclis və Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusu ilə tədbir keçirilib.

Görüşdə Mərkəzi Aparatın rəhbəri, Milli Məclisin komitə sədrləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə məclis iştirakçıları Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbiri giriş sözü ilə açan Tahir Budaqov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib: “Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində ölkə ərazisində və respublikamızın hüdudlarından kənarda çoxsaylı tədbirlər keçiriləcək”.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində milli qanunvericiliyin yaradıcısıdır” mövzu ilə çıxış edib.

Qeyd edək ki, toplantıda həmçinin Ombudsman Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Veteranlar Şurasının üzvü, tarix elmlər doktoru, professor Dilarə Seyidzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva mövzu ətrafında çıxış ediblər.


Abunəlik