“Ekofəalların dinc aksiyası Azərbaycan gənclərinin sülh tərəfdarı və vətənpərvər olduğunun göstəricisidir”
Otuz beş gündür ki, ölkəmizin vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, ekoloqlarının və gənc fəallarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir.
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq həmişə olduğu kimi, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımızda erməni vandalları ekoloji soyqırımı, terror törədib. Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurmuş, eyni zamanda İran kimi qonşu dövlətlərlə birləşərək öz hərbi məqsədlərini və narkobiznes ticarətini həyata keçirmişdir.
Ekofəallar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınmasını, həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirlər. Gənclərin tələbi qətidir: ekoloqlar “qeyri-qanuni istismarla bağlı tələblər yerinə yetirilməyənə qədər aksiya davam edəcəkdir”. Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi dinc aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə yaratmır. Əksinə, gənc ekofəalların etiraz aksiyası bölgənin təbii sərvətlərinin qorunması ilə yanaşı, sülhə və əmin-amanlığa çağırışdır.
Gənclərin bu addımını yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğununa bütün dünya şahid olmuşdur. Bu gün isə biz gənclərimizin yalnız döyüş meydanında deyil, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdiklərini görürük Azərbaycan gəncliyi sülh tərəfdarı olduğunu və vətənpərvərlik nümunəsini bir daha bütün dünyaya sübut etdi.
Ekofəalların və gənc könüllülərin şüarlarına bizdə qoşuluruq!
Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!
Azərbaycan vahiddir, sərvətinə sahibdir!
Ekoloji cinayətə son!
Stop ekoterror!
Берегите природу!
Экоциду нет!
Мониторингу да!
Millət vəkili Hicran Hüseynova/AzTimes.az/