Vətəndaş DİN-ə təşəkkür etdi

Baxılıb:230
Vətəndaş DİN-ə təşəkkür etdi

Nərimanov rayonu C. Hacıbəyli küçəsi ev32, mənzil 30 ünvanında yaşayan Kərimov İlham Şahvələd oğlu AzTimes.az saytına müraciət edərək bildirir:
-03.12.2022-ci il tarixində Nəsimi rayonu Mirəli Qaşqay piyada qismində , Hundai markalı avtomobil tərəfindən vurularaq bədən xəsarəti almışam. Bununla bağlı Nəsimi Rayon Polis İdarəsində tədqiqat işi aparılmış ,mənə dəyən maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Hörmətli nazir , son illər Azərbaycan polisinin vətəndaş müraciətlərinə operativ cavab verməsi, haqqı tapdanan vətəndaşının yanında olması danılmazdır. Mən yaratdığınız bu şərait üçün sizə, həmçinin Nəsimi Rayon Polis İdarəsinın rəhbərliyinə və idarənin kollektivinə dərin təşəkkürümü bildirirəm. Yaşasın daim asayışimızın keşiyində olan Azərbaycan polisi!
Hörmətlə: İ.Kərimov


Abunəlik