İmişli Dövlər Aqrar İnkişaf Mərkəzinə direktor əvəzi təyin edilən Sabit Səmədov kimdir?

Baxılıb:571
İmişli Dövlər Aqrar İnkişaf Mərkəzinə direktor əvəzi təyin edilən Sabit Səmədov kimdir?

AzTimes.az izləyicilərinin nəzrinə çatdırırıq ki, Sabit Mirzaxan oğlu Səmədov İmişli Dövlər Aqrar İnkişaf Mərkəzinə direktor əvəzi təyin edilib. Xatırlatma edək ki, İmişli rayonunun Sabiq icra başçısı Vilyam Hacıyev onu İmişli RİH-də tutduğu vəzifədən azad etmişdi. Buna səbəb isə onun diplomunun saxta olması və əsgəri hərbi xidmətdə olmaması göstərilirdi. Hal-hazırda İmişli Dövlər Aqrar İnkişaf Mərkəzinə direktor əvəzi vəzifəsinin icrasına başlayan Sabit Səmədovun qurumdakı əməkdaşlarla olduqca sərt davrandığı bütün əməkdaşları yeni kadrlarla əvəz edəcəyini dediyi bildirilib. Əməkdaşların iddiasına görə o hər addımda Kənd Təsərrüfatı Naziri İnam Kərimova yaxın adam olduğunu deyir.
Adının gizli saxlanmasını xahiş edən sakinlərdən biri iddia edir ki, Sabit Səmədov onu işə götürəcəyini vəd edərək “şirinlik ” istəyib. Sözügedən iddia ilə bağlı səsyazısı redaksiyamıza təqdim olunduqdan sonra mövzuya qayıdacağıq.


Abunəlik