Millət vəkili keçirilən qısametrajlı filmin nümayişi və zorakılığa məruz qalan uşaqlar üçün sığınacaq layihəsinin təqdimatında iştirak etdi

Baxılıb:196
Millət vəkili keçirilən qısametrajlı filmin nümayişi və zorakılığa məruz qalan uşaqlar üçün sığınacaq layihəsinin təqdimatında iştirak etdi

AzTimes.az xəbər verir ki, dekabrın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Gazelli İncəsənət Evində keçirilən qısametrajlı filmin nümayişi və zorakılığa məruz qalan uşaqlar üçün sığınacaq layihəsinin təqdimatında iştirak edib.

Qeyd edək ki, Sığınacağa tanınmış hüquq müdafiəçisi, bütün türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun adının verilməsi planlaşdırılır.

Tədbirdə Komitə sədri Hicran Hüseynova çıxış edərək layihə ilə bağlı fikirlərini bildirib:


“Mərkəz və sığınacaq ayrı anlayışlardır. Sığınacağın özünün xüsusiyyətləri var. Ora qapalı olmalıdır. Amma Sürəyyə Ağaoğlunun adını daşıyacaq yer uşaqların inkişafı üçün bir müəssisə kimi fəaliyyət göstərə bilər. Ona görə də düşünürəm ki, həmin mərkəzin ayrıca qapalı bir tərəfi də ola bilər ki, orada sığınacaq olaraq fəaliyyət göstərilsin. Lakin ümumilikdə həmin yer mərkəz kimi fəaliyyət göstərə bilər. Yaxşı olar ki, belə mərkəzlərin sayı ölkəmizdə çox olsun”.


Abunəlik