Hicran Hüseynova və Sədaqət Vəliyeva “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin qonağı oldular

Baxılıb:219
Hicran  Hüseynova və  Sədaqət  Vəliyeva  “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin qonağı oldular

AzTime.az xəbər verir ki,bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Millət vəkili Hicran xanım Hüseynova və Millət vəkili Sədaqət xanım Vəliyeva “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin qonağı olublar. Görüş zamanı Təşkilatın bu günə qədər olan fəaliyyəti ilə yaxından tanış olaraq, həssas kateqoriyaya aid edilən insanlara yaradılan şəraitlə (dərzilik peşəsinə aid avadanlıq və əl işləri) yaxından tanış oldular. Gələcək fəaliyyət haqqında fikir mübadiləsi aparıldı. Hicran xanım və Sədaqət xanım bundan sonrada dövlət dəstəyi ilə hər zaman bu kimi görüşlərin davamlı olacağını bildirdi. Sonda xatirə şəkili çəkildi.


Abunəlik