İran həbsxanalarında qadınlara verilən dəhşətli İŞGƏNCƏLƏR

Baxılıb:2205
İran həbsxanalarında qadınlara verilən dəhşətli İŞGƏNCƏLƏR

AzTimes.az xəbər verir ki, İran həbsxanasında qadınların başına gətirilənləri ifşa edən yeni roman
Tanınmış yazıçı İlhamə Nasir Qubadlı işğalının son günlərini, məcburi köçkün həyatının məşəqqətlərini əks etdirən “İşıq” adlı romanını oxuculara təqdim edir.
İşğal altında olan yurdunu görmək üçün Arazı gizli yolla keçən jurnalist İşıq Qubadlının işğal dəhşətlərini görür.
Müəllif bədii dillə erməni vandalizmini, narkotik ticarətini və insanlığa qarşı törədilən vəhşilikləri faktlarla təqdim edir.
Əsərin qəhrəmanı İşıq, Qubadlıdan geri qayıdarkən İran irticasının qurbanına çevrilir. Gənc qızı İranın ən amansız və qəddar zindanına salırlar
Müəllif real həyat əhvalatları əsasında İranda azərbaycanlılara olan amansız işgəncələri göstərir.  Həmçinin İran həbsxanasında günahsız qadınlara qarşı törədilən dəhşətli cəzaları, iyrənclikləri, psixoloji təzyiqləri bədii təsvir vasitələri ilə tam çatdıra bilir.
Zindan zülmətində zülm görən İşığın ümid işığı da solur.
Zindandan sonrakı məşəqqətli, qınaqla dolu həyatı, yaxın itkisi, satılan saçı, qəbiristanlıq qoğalına möhtac qalması,  Allahdan küskünlüyü və sonda közərən işıq… 
Son illərin ən cəsarətli romanı
Köçkünlük həyatının iztirabları və İran rejiminin əsarətində olan milyonlarla azərbaycanlıların gerçək yaşamını əks etdirən bədii əsər
Azərbaycan nəsrində fərqli və çox cəsarətli qadın romanı.


Abunəlik