Zəfər bayramı münasibətilə,Salyan Rayon Mərkəzi Xəstəxanasında Nümunəvi bir aksiya keçirildi

Baxılıb:344
Zəfər bayramı münasibətilə,Salyan Rayon Mərkəzi Xəstəxanasında Nümunəvi bir aksiya keçirildi

Bugün Salyan Rayon Mərkəzi Xəstəxanasında Nümunəvi bir aksiya keçirildi. Bizə zəfər bayramını yaşadan şəhidlərimizin ailə üzvləri Bakı şəhərindən dəvət olunmuş və yerli həkimlərlə birgə tam tibbi müayinə edildi. Belə ki , şəhid anaları , ataları , həyat yoldaşları , bacıları 18 ixtisas üzrə professional müalicədən keçdilər. Müayinənin məqsədi xəstəliklərin vaxtında aşkarlanması və bu insanlara xüsusi qayğı olaraq daimi tibbi nəzarətin təşkil edilməsi idi . Müayinədən keçmiş şəhid ailə üzvləri ehtiyac duyulan dərman preparatları ilə təmin edilmiş , onkoloji xəstəliklərin vaxtında aşkarlanması üçün  biopsiyalar icra edilmişdir . Bu addım digər xəstəxanalar üçün də nümunə olmalıdır . Bizə bu zəfər bayramını yaşadan şəhidlərimizin ailələri daima Salyan xəstəxanasının diqqətində və nəzarətində olacaqdır .

AzTimes.az

//Kanal4.az


Abunəlik