30 aprel ADNA terrorundan 10 il keçir
Bu gün Neft akademiyasında baş vermiş qanlı terror hadisəsindən 10 il ötür.
30 aprel 2009 -cu il səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayır. Hadisə nəticəsində 13 nəfər ölür, 10 nəfər isə yaralanır. Yaralılar arasında iki Sudan ,bir Suriya vətəndaşı da var idi.
Qətlə yetirilənlər
- Məmmədov Taleh Tariyel oğlu, 1980 -ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2.Qurbanova Ayna Abbasqulu qızı, 1957 -ci il təvəllüdlü (Salyan şəhəri)
3.Əzizova Tamilla Zülfüqar qızı, 1951 -ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4.Bəndəliyev Yusif Telman oğlu, 1989 -cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5.Abdullayev Ramiz Xəlil oğlu, 1940 -cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6.Vahidov Məcnun Abdulvahid oğlu, 1946 -cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7.Aslanov Ceyhun Sakit oğlu, 1988 -ci il təvəllüdlü (Şirvan şəhəri)
8.Abdullayev Emin İmaməli oğlu, 1989 -cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9.Babaşov Ruslan Cəfər oğlu, 1990 -cı il təvəllüdlü (Sabirabad rayonu)
10.Bağırov Ayaz Cavanşir oğlu, 1988 -ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11.Məmmədova Şəfa Afət qızı, 1978 -ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12.Cabbarov Savalan Allahverdi oğlu, 1987 -ci il təvəllüdlü (Bakı şəhəri)
13.Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı,
Tələbələr
İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.
Qatil
İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Bunun üçün də sifarişçi və səbəblər hələ də müəmma olaraq qalmaqdadır.
AzTimes.az
Fantastic items from you, man. I have take into accout your stuff prior to and you’re just extremely excellent.
I actually like what you have obtained here, certainly
like what you’re saying and the way by which you say it.
You’re making it enjoyable and you still care for to stay
it wise. I can’t wait to learn much more from you. That is actually a
great site.