Ata oğlunu azyaşlı qızını zorlayarkən tutdu

Baxılıb:616
Ata oğlunu azyaşlı qızını zorlayarkən tutdu

Türkiyənin İğdir bölgəsində ata öz oğlunu cinayət üstündə tutub.

AzTimes.az “Haber Global”a istinadən xəbər verir ki, adı açıqlanmayan 38 yaşlı oğul 4 il öncə boşanıb. Məhkəmə qərarı ilə cütlüyün iki azyaşlı qızları onun himayəsinə verilib. Bugünlərdə uşaqların babası oğlunun evinə gedib və onu 11 yaşlı qızını zorlayarkən cinayət başında tutub.

Gördüklərindən dəhşətə gələn baba hadisəni polisə danışıb. Araşdırma nəticəsində müəyyən olunub ki, ata il yarımdır qızını mütəmadi olaraq zorlayır.

Cinayətkar dərhal həbs edilib. Onun iki qızı isə dövlət himayəsinə alınıb.


Abunəlik