Əvəz Zeynallı : Hökümət jurnalistlərin bu problemini həll etməlidir! – ÖZƏL
Azərbaycan koronavirusu səbəbindən hazırda xüsusi karantin rejimindədir. Bu səbəbdən də bir çox tədbirlər təxirə salınıb, iş yerlərinin fəaliyyəti məhdudlaşdırılıb. Qanuna riayət etməyən şəxslər isə cəzalandırılır.
Azərbaycanda onlarla müstəqil jurnalist, reportyor fəaliyyət göstərir ki, onların da bir çoxu müstəqil mətbu orqanlarla əməkdaşlıq edir. Toplantıların təxirə salınması başlıca olaraq jurnalistlərin iqtisadi durumlarına təsir edib. Artıq bir neçə jurnalist sosial şəbəkələrdən ölkə başçısına bu problemin həll olunması üçün müraciətlər edib.
Bu barədə BAXAR.AZ-a danışan “XURAL”-ın baş redaktoru, jurnalist Əvəz Zeynallı qeyd edib ki, hökümət bu jurnalistlərin problemlərini həll etmək üçün xüsusi addımlar atmalıdır.
“İndi jurnalistika sahəsi dövlətin diqqət ayıracağı ən sonuncu pillədə deyil. Çünki, hökümət öz əlində olan mətbu orqanlarla razılaşdırılmış şərtlərlə əməkdaşlıq edir. Lakin müstəqil, tənqidçi media əməkdaşlarına dövlət tərəfindən heç bir yardım olunmur, dəstək göstərilmir. Heç maraqlanmırlar da. Dövlət bu kritik vəziyətdə hər bir vətəndaşının yanında olmalıdır. Xüsusən də, müstəqil mətbu orqanlarla əməkdaşlıq edən jurnalistlərə hər bir dəstək göstərilməlidir. O jurnalistlər hər gün xalqın içərisindədir, xalqa ən düzgün informasiyanı onlar çatdırır.”
Fərid İMRAN
AzTimes.az