Əliyevin Ermənistanla bağlı yeni planı nədir? – erməniləri qorxuya salan ssenari

Baxılıb:52
Əliyevin Ermənistanla bağlı yeni planı nədir? – erməniləri qorxuya salan ssenari

“Əliyev Ermənistanla razılaşmaq yox, “Ermənistan haqqında razılaşma” əldə etmək istəyir. Bunun iki yolu var: ya məsələləri hərbi müstəvidə həll etmək, yeni razılaşma və çoxtərəfli müqavilə imzalamaq, ya da Ermənistanı etiraz edə bilməyəcək vəziyyətə salmaqdır”.
B
u iddia ilə erməni şərhçi Vahram Atanesyan çıxış edib.

Erməni şərhçi qeyd edib ki, Ermənistanın nominal suverenliyi saxlanılacaq, lakin əməli qərarlar “zaminlər” tərəfindən veriləcək.

“Belə olan halda konstitusiya və normativ-hüquqi aktların dəyişdirilməsinin qarantı Ermənistanın “patronu” olacaq. Azərbaycan isə regional müstəvidə həlledici və qərarverici güc olacaq. Qarabağda mövcud olmuş rejimin (erməni separatçıları-red) de-yure ləğvi bu prosesdə ilk mərhələ idi. Bu prosesdə Ermənistanın ən zəif tərəflərindən biri də daxili qarşıdurmanın yaşanmasıdır. Siyasi deqradasiya dayandırılması, Ermənistan öz-özünə çökəcək”, – V.Atanesyan bildirib.


Abunəlik