Əlil arabasını vurub ölümə səbəb olan sürücü SAXLANILDI

Baxılıb:89
Əlil arabasını vurub ölümə səbəb olan sürücü SAXLANILDI

Bərdədə ağır yol qəzası törətmiş sürücü tutulub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 6-sı saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonundan keçən hissəsində baş verib.

1987-ci il təvəllüdlü Sadiq Sadıqov “VAZ-2107” markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzi məlumatlarda əlil arabasının “Kamaz” markalı yük maşını tərəfindən vurulduğu bildirilirdi.


Abunəlik