Əli Əliyev və Elçin Rəhimzadə SAXLANILDI
Vətəndaş və İnkişaf Partiyasinın sədri Əli Əliyev və Bumeranq TV-nin baş redaktoru Elçin Rəhimzadə saxlanılıb.
AzTimes.az xəbər verir ki, bu barədə Xural qəzetinin redaktoru Əvəz Zeynallı məlumat paylaşıb.
Bildirib ki, Elçin Rəhimzadənin evində axtarış aparılıb:
“VIP-nin qərargahı axtarılıb, Bumeranqa məxsus otaq və əşyalar dağıdılıb. Amma Əli Əliyevin otağına toxunulmayıb. Baş verənlər çox üzücüdür. Azərbaycan xalqının qələbə bayramı öncəsi bu edilənlərə aydınlıq gətirilməli, Əli Əliyev və Elçin Rəhimzadə dərhal azadlığa buraxılmalıdır!”.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasından Bakupost.az –a faktı təsdiqləyiblər.