Ziya Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışdı
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. Ziya Məmmədov demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir: Sitat: “O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir”. Sitatın sonu Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib: Sitat: “O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub”. Sitatın sonu
AZTİMES.AZ (baxtv)