Zirəddin Rzayevdən dəhşətli proqnoz- “Qorxunc heyvanlar peyda olacaq”,
Məşhur ekstrasens Zirəddin Rzayev 2017-ci ilin fevralında verdiyi müsahibəsində dünyada dəhşətli virusun yayılacağını deyib.
Rusiya KİV-lərinə müsahibəsində o, qarşıdakı illərdə baş verəcək hadisələrlə bağlı proqnozunu verərkən bu virus barədə danışıb: “Payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar” –deyə Z.Rzayev vurğulayıb.
Ekstrasens daha bir proqnozu ilə də təəccüb yaradıb. Onun sözlərinə görə, yaxın 50 ildə suda və quruda olduqca qeyri-adi və qorxunc heyvanlar peyda olacaq. Yeni növ heyvanlar geni dəyişdirilmiş canlılar olacaq.
Sonda isə Zirəddin Rzayev bir xoş proqnoz da verib. Belə ki, dünyanın elektrik naqillərinə ehtiyacı olmayacaq, çünki insanlar ona əvəz tapacaqlar.
“Moskva-Baku” jurnalının 13 mart 2020-ci sayına verdiyi müsahibəsində Z.Rzayev proqnozunun doğru çıxdığını açıqlayıb: “Mən bu virus barədə öncədən deyərkən hətta onun xarakterini də qeyd etmişdim. Demişdim ki, bu virus laboratoriyada süni şəkildə hazırlanacaq. Belə də oldu. Bu virus bioloji silahdır. Onu xüsusi olaraq hazırlayıblar. Sonra nə baş verəcək? Virus seçmə qaydada insanlara təsir edəcək. Böyük panika olacaq. 2020-ci ilin yayında virus yoxa çıxacaq”./Azpost.info