Zibil atmaq üçün icazə alınmalıdırmı? – RƏSMİ
İnsanlar məişət tullantıları adı ilə evdən çıxaraq, sərt karantin qaydalarını pozmamalıdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 14 dekabr tarixindən tətbiqinə başlanılacaq sərt karantin rejimi çərçivəsində şəxslərin məişət tullantılarının atılması məqsədilə evdən çıxmasına icazə almaları tələb olunmur:
“Lakin bu hüquqdan sui-istifadə edilməməlidir. Vətəndaşları məişət tullantılarını atdıqdan dərhal sonra yaşayış yerlərinə qayıtmaları vacibdir”.