Zelenski tarixi çıxışa HAZIRLAŞIR
Ukrayna Prezidenti Vladimir Zelenski sabah Britaniya İcmalar Palatasında çıxış edəcək.
Aztimes.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, Ukrayna prezidenti Kiyev vaxtı ilə 19:00 videobağlantı vasitəsilə Britaniya parlamentandə “tarixi çıxış” edəcək.
“Hər bir parlamentari Ukraynadan bizə onlayn müraciət edəcək prezidenti birbaşa eşitmək istəyir, ona görə də bu, İcmalar Palatası üçün mühüm fürsətdir”, – İcmalar Palatasının sədri Ser Lindsi Hoyl bildirib.
Qeyd olunur ki, Zelenskinin çıxışından sonra ona heç bir sual verilməyəcək.