Zelenski müharibənin bitəcəyi tarixi açıqladı
“Kiyev Moskva ilə münaqişəni 2025-ci ildən gec olmayaraq dayandırmağı planlaşdırır”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Xorvatiyada keçirilən sammitdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır.
“Oktyabr, noyabr və dekabr aylarında hər şeyi sülhə və davamlı sabitliyə doğru aparmaq şansımız var” – Zelenski qeyd edib.