Zelenski “hazırıq” dedi, ABŞ-ın maliyyə naziri isə belə planın olmadığını bildirdi

Baxılıb:50
Zelenski “hazırıq” dedi, ABŞ-ın maliyyə naziri isə belə planın olmadığını bildirdi

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, hələlik Kiyevlə faydalı qazıntılar üzrə saziş imzalamaq planları yoxdur.

Bu barədə “Fox” telekanalına danışan Bessent hələlik imzalanması planlaşdırılan heç bir razılaşmanın olmadığını deyib.

Ötən cümə günü ABŞ prezidenti Donald Trampın Ağ Evdəki davranışına görə Vladimir Zelenskiyə irad bildirməsindən sonra saziş imzalanmayıb. “Reuters” isə xəbər verib ki, saziş yaxın günlərdə imzalana bilər.

Zelenski Ağ Evdə ABŞ prezidenti ilə görüşünün mənfi nəticəsi ilə bağlı narahatlığını ifadə edib. O, münaqişənin həlli üçün mümkün qədər tez danışıqlara başlamağa hazır olduğunu bildirib.


Abunəlik