Zelenski Belarusla sərhədin qorunmasından narahatdır

Baxılıb:76
Zelenski Belarusla sərhədin qorunmasından narahatdır

Ukrayna prezidenti Vladimir Zelenski Volın vilayətinə səfər edib.

Bu barədə dövlət başçısı özünün “Telegram” kanalında qeyd edib.

O, ölkənin şimal bölgələrində təhlükəsizlik mövzusunda müşavirə keçirib. Zelenski Belarus və Rusiya ilə həmsərhəd ərazilərdə dövlət sərhədinin mühafizəsini müzakirə edib. Onun sözlərinə görə, Ukrayna sərhədi möhkəmləndirməyə davam edəcək.

İyulun 14-də Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib ki, Minsk dərhal Ukrayna sərhədinə əvvəllər yerləşdirilmiş əlavə hərbi hissələri geri çəkməyə başlayacaq. O, həmçinin cənub istiqamətində gərginliyin azaldığını qeyd edib.


Abunəlik