Zaqatalada restoran icarədarları cərimələnib

Baxılıb:100
Zaqatalada restoran  icarədarları cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi  məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı  obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı )  barəsində protokollar tərtib olunaraq cərimələniblər.


Abunəlik