Zaqatalada karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib
Zaqatalada karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib
Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.