Zəncirvari qəzaya səbəb olan şəxs zərərçəkənləri hədələyərək qaçdı-FOTO
Salyan-Şirvan yolunda nəqliyyat hadisəsi baş vermişdir.
AzTimes.az xəbər verir ki, məlumat “Haqqı Deyək” media/xəbər səhifəsində paylaşılıb. Məlumatda deyilir ki, 03.08.2020-ci il tarixində, təxminən saat 15:50 radələrində, Salyan-Şirvan yolunun Qarabağlı kənd ərazisində, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Vətəndaşlar iddia edir ki, vaz 2107 markalı 90-KK-210 dövlət nömre nişanlı avtomobil qarşısında gedən, Daewoo Gentra markalı, 99-ZP-052 dövlət nömrə nişanlı avtomobili arxadan vuraraq, yolun əks istiqamətindən gələn,Toyota Prado markalı, 90-RG-609 dövlət nömrə nişanlı avtomobilin önünə atmışdır. Yolun əks istiqamətindən gələn Prado markalı avtomobil, Daewo markalı avtomobili vuraraq, yolundan çıxıb, yol qırağında yerləşən obyektə çırpılmışdır. Prado markalı avtomobildə sürücü, azyaşlı körpə və bir qadın sərnişin xəsarət almışdır.
Yaralılar hal-hazırda Şirvan Şəhər Mərkəzi Xəstaxanasına yerləşdirilmişdir.
Nəzərinizə çatdıraq ki, sürücülük vəsiqəsi olmadan və içkili halda avtomobil idarə edən vaz 2107 markalı avtomobilin sürücüsünün törətdiyi cinayət azmış kimi, əlinə küt və kəsici alət alaraq, Daewoo Gentra markalı avtomobilin sürücüsünü hədələyərək, üzərinə hücum çəkmişdir.
Bundan sonra vaz 2107 markalı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır.
Məsələ ilə bağlı araşdırma aparılır.