“ZƏFƏR ŞƏHİDLƏRİ” kitabının təqdimat mərasimi keçirilib
Milli Məclisin deputatı Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının maliyyə dəstəyi ilə 60 saylı Salyan – Neftçala seçki dairəsindən Vətən Müharibəsində qəhrəmancasına Şəhid olan igid övladlarımızın döyüş yolundan bəhs edən “ZƏFƏR ŞƏHİDLƏRİ” kitabının təqdimat mərasimi keçirilmişdir. Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Fəzail Ağamalı 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin qəhrəmanlığını xüsusi olaraq qeyd etdi, onların yeni tarix yazdığını konkret faktlarla önə çəkdi. Ölkə başçısı Cənab İlham Əliyevin, birinci vitse – prezident Mehriban Xanım Əliyevanın şəhid və qazi ailələrinə olan diqqət və qayğısı üzərində dayandı. Eyni zamanda Şəhidlərə və Şəhid ailələrinə hər bir Azərbaycan vətəndaşının dəstək olamasının vacibliyini xüsusi olaraq qeyd etdi.
Şəhid ailələri Şəhidlərin xatirəsinə həsr olunan kitabın çapına görə Fəzail Ağamalıya təşəkkürlərini bildirdilər.