Yüksəkvəzifəli İran məmurları ABŞ-a görə Xameneiyə təzyiq göstərirlər – KİV
“ABŞ ilə danışıqlardan imtina İranda daxili təhdid yarada bilər”.
Bu barədə “The New York Times” nəşri anonim yüksəkvəzifəli İran məmurlarına istinadən məlumat yayıb.
Qəzetin məlumatına əsasən, bəzi İran rəsmiləri ölkənin Ali lideri Əli Xameneiyə xəbərdarlıq ediblər ki, əgər o, ABŞ ilə danışıqlardan imtina edərsə, Vaşinqton Tehranın nüvə obyektlərinə hava zərbələri endirə bilər.
Yüksəkvəzifəli İran məmurlarının rejimin dağılması ehtimalından narahatlıqlarını ifadə etdikləri qeyd edilir. İddiaya görə, onlar Xameneiyə ABŞ ilə danışıqların aparılması üçün təzyiq göstəriblər.