“Youtube”da nasazlıq yarandı
“Youtube” videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur.
Bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Məlumata görə, nasazlıq dünyanın bir sıra ölkəsində qeydə alınıb.
İstifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.
Ən çox şikayət ABŞ-dan edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib. Böyük Britaniya, Fransa, Polşada da istifadəçilər oxşar problemlərlə üzləşiblər.