Yod çatışmazlığı belə fəsadlara səbəb olur
Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər.
Yod normal böyümə və inkişaf üçün lazım olan mineral kimi müəyyən edilir ki, bu da orqanizmdə çox az miqdarda olur. Nəticədə əqli gerilik, zob xəstəliyi yarana bilir. Yod çatışmazlığından yaranan xəstəliklər xüsusilə torpaqda yod çatışmazlığı olan bölgələrdə daha çox müşahidə olunur. Bu, az miqdarda yoda ehtiyacı olan orqanizm üçün həyati əhəmiyyət kəsb edir. Yod tiroid bezində tiroid hormonlarının istehsalı üçün istifadə olunur. Qalxanabənzər vəzdə sintez olunan hormonlar qana keçir və orqanizmdə müxtəlif funksiyaları idarə edir. Qalxanabənzər vəzin hormonları normal böyümə və inkişafı, beynin normal fəaliyyətini təmin edir, bədən istiliyini tənzimləyir, orqanizmin enerjisini idarə edir və sinir sisteminin fəaliyyətinə təsir göstərir.
Zob isə yod çatışmazlığı səbəbindən ən çox yayılmış xəstəlikdir. Yod çatışmazlığı qarşısı alına bilən əqli geriliyin və insana ana bətnindən başlayaraq bütün həyatı boyu mənfi təsir göstərən xəstəliklər toplusunun əsas səbəblərindən biri kimi göstərilir. Yod çatışmazlığının mənfi təsirlərinin müşahidə olunduğu risk qrupları qadınlar, körpələr və uşaqlardır. Bu, körpə və uşaqlarda böyümə və inkişaf geriliyi, öyrənmə qabiliyyətinin və təhsil müvəffəqiyyətinin azalması, hamilə qadınlarda ölü doğum riskinin artması, zob kimi yod çatışmazlığından qaynaqlanan mühüm sağlamlıq problemlərinə səbəb yaradır. İnsanlar gündəlik olaraq lazımi miqdarda yod ala bilmədikdə, tək bir xəstəlik deyil, həm də bir sıra funksional və inkişaf pozğunluqları yarana bilər. Bunlar qısaca yod çatışmazlığı xəstəlikləri kimi ifadə edilir.