Yeyərək kökəlməməyin üsulu SAĞLAMLIQ
“Çəkinin artmasına təkcə qidaların keyfiyyəti yox, həmçinin miqdarı da təsir edir. Yeməyinizi hansı şəraitdə qəbul etməyiniz də vacibdir”.
Aztimes.az-ın məlumatına görə, bunu “Sputnik” radiosuna verdiyi müsahibədə tibb elmləri namizədi, qastroenteroloq və diyetoloq İrina Berejnaya deyib.
Onun sözlərinə görə, yemək yeyərkən xarici təsirlərdən yayınan insanlar daha sürətli kökəlirlər:
“Televizora baxmağa, musiqi dinləməyə ehtiyac yoxdur. Yalnız bu zaman yeməyin bütün cazibəsini başa düşəcək, ləzzətini hissi edəcək, yeməklərin keyfiyyətindən zövq alacaq və əylənəcəksiniz. Bu zaman daha yavaş və tam ehtiyacınız olan qədər yeyirsiniz”.
Həkim bildirib ki, ayaq üstə və ya qaçarkən qida qəbul etmək düzgün deyil. Çünki belə şəraitdə insanlar yeməyi yaxşı çeynəmirlər və böyük parçaları udurlar ki, bu da mədə-bağırsaq traktındakı yükün artmasına səbəb olur.