Yevlax polisi şagirdlərlə görüşdü

Baxılıb:287
Yevlax polisi şagirdlərlə görüşdü

 
AzTimes.az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şahmat Məktəbində narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, idmançılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev narkomaniyanın fəsadları iilə bağlı şagirdlərə geniş məlumatlar verib. Narkotik asılılığının necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. E.Mehdiyev həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri, həmin şəxslərə qaşı polis əməkdaşlarının barışmaz mövqe sərgilədiyi dinləyicilərin diqqətinə çatdırılıb.   
 
Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.


Abunəlik