Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıblar
Alimlər Yer mantiyasında nəhəng okean aşkar ediblər. O, planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir.
Mütəxəssislər əmin edirlər ki, bu heyrətamiz kəşf Yerdəki su hövzələrinin mənşəyi haqqında müasir elmi fikirləri dəyişəcək. Bu barədə “Planet Today” yazıb.
İşin nəticələri ən fundamental proseslərdən biri haqqında fikirləri yenidən nəzərdən keçirmək imkanı verir. Alimlər Mavi Planetdə su dövranının yeni versiyasını irəli sürürlər. Əvvəllər üstünlük təşkil edən nəzəriyyə su anbarlarının Yerin müəyyən bir göy cismi ilə toqquşması nəticəsində əmələ gəldiyini deyirdi.
Ancaq indi alimlər okeanların Yerin nüvəsindən səthə çıxdığına inanmağa başlayıblar. Şimal-Qərb Universitetinin mütəxəssislərinin fikrincə, bu versiya dünya okeanlarının parametrlərinin milyonlarla il ərzində nə üçün faktiki olaraq dəyişməz qaldığını anlamağa kömək edir.