Yerə həyat verən maddə tapıldı

Baxılıb:133
Yerə həyat verən maddə tapıldı

Ratgers Universitetinin alimləri yer üzündə həyatın yaranmasına səbəb ola biləcək zülalın bir hissəsini tapıblar.

Bu kəşf sayəsində tədqiqatçılar həyatın yaranması astanasında olan planetləri müəyyən edə biləcəklər.

Alimlər müasir zülalları tədqiq etməklə işə başlayıb və onların strukturunu sadələşdiriblər.

Müəlliflərin fikrincə, əvvəlcə bütün zülallar sadə olub, lakin eyni zamanda biokimyəvi prosesə başlamaq üçün reaksiyalara girə biliblər.

Bir sıra eksperimentlərdən sonra tədqiqatçılar ən yaxşı namizədin “Nickelback” adı verilən peptid olduğu qənaətinə gəliblər. Peptid 13 amin turşusundan ibarətdir və iki nikel ionunu birləşdirir.

Məhz bu maddə sayəsində təxminən 3,5-3,8 milyard il əvvəl planetdə həyat yaranmağa başlayıb. Tədqiqatçıların fikrincə, nikel erkən okeanlarda geniş yayılıb. Peptidlə bağlandıqda, nikel atomları güclü katalizatorlara çevrilib, əlavə proton və elektronları cəlb edib və hidrogen qazı yaradıb. Bu, planetdə həyatın yaranmasına səbəb olub.

Mənbə: gazeta.ru


Abunəlik