Yeni virusla bağlı XƏBƏRDARLIQ: antibiotik qəbul etməyin!

Baxılıb:32
Yeni virusla bağlı XƏBƏRDARLIQ: antibiotik qəbul etməyin!

Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darlığı və temperaturun yüksək olmasıdır.

Mütəxəssislər bildirirlər ki, bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar.

Ümumiyyətlə, metapnevmovirus nədir, virusdan necə qoruna bilərik?

İnfeksionist Vasif Əliyev açıqlamasında bildirib ki, bu virus da digərləri kimi yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olur:

“Metapnevmovirus da koronavirus kimi pnevmoniyaya səbəb ola bilir. Lakin insanlar koronavirusu daha ağır keçirirdilər və yüksək yoluxduruculuq qabiliyyəti var idi”.

O, xəstəliyin ilkin mərhələsində antibiotik və sistemlərin qəbulunu tövsiyə etmir:

“Erkən dövrdə antibiotiklərin qəbulu zərərlidir. Çünki immun sistemi zəifləyir. Hərarətsalıcı dərmandan istifadə etmək, bol maye qəbul etmək və istirahət rejimi bu xəstəliyin müalicəsində ilk görülməli olan tədbirlərdir”.


Abunəlik