Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb – SƏRƏNCAM

Baxılıb:175
Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb – SƏRƏNCAM

 

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir