Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?

Baxılıb:23
Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?

Yeni Papa XIV Levin yaxın vaxtlarda səfər edə biləcəyi ölkələr bəlli olub.

VI Paul Auditoriumunda keçirilən görüşdə jurnalistlərin suallarını cavablandıran Papa Türkiyəyə və ya Peruya səfər edə biləcəyini deyib.

O, ABŞ-a isə səfər etməyi planlaşdırmadığını da açıqlayıb.

Papanın Nikeya Kilsə Məclisinin 1700 illik yubileyi ilə əlaqədər olaraq Türkiyənin Bursa şəhərinə gedəcəyi gözlənilir.


Abunəlik