Yeni ölümcül xəstəlik – Bu ölkədə sürətlə yayılır
Yaponiyada ölümlə nəticələnə bilən hemolitik streptokokların rekord dərəcədə yayılması qeydə alınıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bu il mayın 5-dən indiyədək 801 yoluxma faktı qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,76 dəfə çoxdur. 2023-cü ildə 941 kəskin hemolitik streptokok yoluxucu xəstəlik halı qeydə alınıb.
Hadisənin səbəbləri məlum deyil. Kanalın məlumatına görə, versiyalardan biri də koronavirusdan qorunma tədbirlərinin zəiflədilməsidir.