Yeni Cəbrayılda yeni başçı olmalıdır… – Köhnələr Mehdiyev ovqatdadır…
Bu gün xalqımız sevincli və xürrəm əhval ruhiyyədədirlər. Şanlı ordumuzun hər gün əldə etdiyi qələbələr,əhalinin sevincini daha da yüksəldir. 30 ilə yaxın doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız,bu günə qədər min bir əzab-əziyyətlərə qatlaşaraq səbr edib bu günün həsrətilə yaşayıblar. İndi isə yağı düşməndən azad edilən torpaqlarımıza qayıdacaqları sayılı günlərin xəyalıyla yatıb dururlar. Bəli,bu sevinci xalqa yaşadan Ali Baş Komandan cənab İlham Əliyevdir. Xalqın uzun illərdən bəri qəlbində yaşatdığı Dağlıq Qarabağla olan xəyallarını,bir anda reallaşdıran məhz ölkə Prezidentidir. Amma əfsular olsun ki,xalqın sevincinə kədər qatan bir sıra məmurlarımız var ki,hələ də öz pessimist fikirlərindən əl çəkmirlər. İllərlə əzab-əziyyətə qatlaşan bir çox ali təhsilli və yüksək potensiala malik olan köçkün gənc oğlan və qızlarımız var ki,hələ də işsizlikdən əziyyət çəkirlər. Təəssüflər olsun ki,rayon İcra orqanları və digər qurumlarda vəzifələr “miras” kimi bir birlərinə ötürülür.
Təbii ki,bu cür hallar bütün rayon İcra orqanlarında baş verir. Amma bu gün barəsində bəhs edəcəyimiz orqan Cəbrayıl rayonuna aiddir. Bu günə qədər apardığım müşahidlərdən bu qənaətə gəlirəm ki,hansısa bir vəzifəyə təyin olunmaq üçün ya gərək yaxşı pulun olsun,ya da ki,mütləq şəkildə yüksək vəzifəli “dayday”ın. Bu iki halın heç biri olmadıqda,səni nə saya salan var,nə də ki,halınla maraqlanan. Bəli,bu acı bir həqiqətdir ki,mənim özüm və yaxınlarım,qeyd etdiyim halın qurbanlarıyıq. Bu gün məni tanıyanlar bilir ki,uzun illərdir jurnalist olaraq müstəqil fəaliyyətlə məşğulam. Bu illər ərzində hər zaman ölkədə və dünyada baş verən siyasi və ictimai məsələlərə laqeyd qalmayaraq öz subyektiv fikirlərimi bildirmişəm.
Bu məsələnin bir hissəsi. Digər məsələ isə ondan ibarətdir ki,Cəbrayıl rayon İcra hakimiyyəti rayon sakinlərinin sosial durumlarına laqeyd yanaşması və onların yaşam vəziyyətinin hansı səviyyədə olmasından birmənalı olaraq xəbərsizdir. Bu məsələ haqqında “DogruXeber.az” informasiya agentliyinin ötən buraxlışlarının birində qısa bəhs etmişdik. Bu gün isə çalışacağıq ki,qeyd etdiklərimiz barədə təfərrüatlı məlumatları diqqətinizə çatdıraq. Hələ Sovet hökumətinin vaxtında Cəbrayıl rayonunda ikinci yüksək vəzifə hesab olunan Aqrar İstehsalat Birliyinə rəhbərlik edən şəxsin hazırki İcra başçısı Kamal Həsənovun atası rəhmətlik İltifat Həsənovun olduğunu,yəqin ki,bir çoxlarınız yaxşı xatırlayırsınız. Bu gün isə sözügedən rayonun birinci şəxsi olan hörmətli K.Həsənov nədənsə rayon sakinlərinə ögey münasibətdədir.
Yuxarda qeyd etmişdik ki,bu rayonda vəzifələr bir birlərinə “miras” kimi ötürülür. Bəli,bu fikirlərimizi onunla isbat edə bilərik ki,rayon İcra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan bir çoxları,özlərindən sonra həmin vəzifəyə ya övladını,ya qohumunu,ya da ki,dostuna “vəqf” edirlər. Təbii ki,burada birinci şəxsin “şirinliyi” çatmaq şərti ilə. Bu,illərdir bu cür davam edib,edilir və çox ehtimal ki,bu cür də davam etdiriləcəkdir. Sizcə bələ olmalıdır?!
Bu gün rayon İcra hakimiyyətində elə şəxslər çalışır ki,bəlkə də rəhmətlik keçmiş İcra başçısı Mahmud Quliyevin zamanından bu günə qədər vəzifədədir. Xatirimə gəlir ki,hələ K.Həsənov yeni İcra başçısı təyin olunmuşdu,xeyir-dua üçün qəbulunda olduğum vaxt təklif etdim ki,hörmətli Kamal bəy,ali təhsilim var hüquq fakültəsini bitirmiş yüksək iş potensialına malik olan gənc bir kadram,bəlkə qurumunuzda müvafiq işlə məni təmin edəsiniz. Cavabı bilirsiniz nə oldu! Cavab çox sadə ,bəsit: “bütün şöbələr doludur mən kimi yerindən tərpədim?” Baxın,yeni təyin olunmuş rəhbərin verdiyi cavaba baxın! Halbuki,bildirməli idi ki,səbrli olun bütün şöbələrdə çalışan kadrları test edib hansı biliyə və hansı bacarığa malik olduqlarını müəyyən etdikdən sonra bir qərar verilər. Amma əfsuslar olsun ki,bu belə olmadı. Belə olmamasının səbəbi isə ondan irəli gəlir ki,rayon rəhbərinin özündə o potensial və idarəçilik yoxdur.
Gülünc mənzərədir ki,dünənə qədər şofer və baytar olmuş şəxslərə icra orqanında məsul işlər verilir. Bu hələ harasıdır ki,bu rayonun qara günə qalmış təhsil müəssisələrində texnikom qurtarmış və hətta iddialara görə ,satıcı işləmiş şəxslərə müəllimlik vəzifəsi verilib. Təbii ki,bunlar keçmiş Cəbrayıl Təhsil Şöbəsinin müdri rüşvətxor korrupsioner Validə Həsənovanın vaxtında baş vermiş işlərdir. Amma bu gün sadiq davamçısı olan RTŞ-nin müdri Zamiq Qurbanov bu cür eyiblərin üstünü məharətlə örtbastır etməyi bacarır. Təsəvvür edin ki,bir təhsil müəssisəsində çalışan ibtidai sinif müəllimi şagirdlərə hesablamanı kalkulyatorla hesablıyıb sonra izah edir. Bu məlumatı düşünməyin ki,kimdənsə eşitmişik, əsla !! Bu cür müəllimlər öz övladımıza dərs verən,müəllim adına layiq olmayan şəxslər olmuşdur. Bu məsələni hələ o vaxt sabiq TŞ-nin müdri V.Həsənovaya dedikdə,mənə bildirdi ki, “bilirəm,amma birşey edə bilmirəm. Nəsə söz deyəndə yüksək yerlərdən zənglər gəlir və mən də susub qalıram. “Bu rayonun bənzər “macera”ları saysız hesabsızdır amma bu haqda növbəti buraxlışlarımızda…
Dəyərli “DogruXeber.az” informasiya agentliyinin izləyiciləri,mətnin çoxluğunu nəzərə aldığımız üçün,hesab edirik ki,bu günki məlumatlarımız kifayət edər. Bu hələ son deyil..!!
Redaksiya hər bir halda söz haqlarını tanıyır:
Gundemxeber.Az