Yeni Azərbaycan Partiyasının fəalı Saleh Səmədovun dəstəyi ilə İmişlidə iftar süfrəsi təşkil olunub-FOTOLAR

Baxılıb:221
Yeni Azərbaycan Partiyasının fəalı Saleh Səmədovun dəstəyi ilə İmişlidə iftar süfrəsi təşkil olunub-FOTOLAR

Yeni Azərbaycan Partiyasının fəalı Saleh Səmədovun dəstəyi, İmişli rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının təşkilatçılığı ilə islam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə şəhid ailələrinə iftar süfrəsi təşkil edilib.

Aztimes.az-nın verdiyi məlumata görə, iftar süfrəsi rayonun axundu tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev iftar süfrəsində iştirak edənləri salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ilk öncə iftar süfrəsinin təşkil edilməsinə dəstək verən Saleh müəllimə öz adından və YAP İmişli rayon təşkilatının çoxsaylı üzvləri adından dərin təşəkkür və minnətdarlığımı bildirib. Natiq çıxışında qeyd edib ki: “bu gün bu məclisə toplaşan cəsur, qəhrəman şəhidlərimizin valideynləri və doğmalarıdır. Mən onların hər birinin qarşısında baş əyərək onlara Uca Allahdan səbr diləyir, başınız və başımız sağ olsun, Vətən sağ olsun deyirəm. Onlar şəhidlik məqamına ucalaraq bizləri də, şərəf, ləyaqət, qəhrəmanlıq və qalibiyyət məqamına ucaltdılar. Var olsun onları dünyaya gətirən Analar! Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Daha sonra çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmasından, ədalətin bərqərar olduğuna görə şəhid olan övladların ruhlarının şad olmasından söz açıblar.


Abunəlik