Yasamalda qadın özünü bıçaqladı
Bakı sakini özünə bıçaq xəsarəti yetirib.
Aztimes.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalova Günay Azad qızı yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.\“Report”.