Yasamalda gənc qızı evinin yanında maşın vurdu
Bakıda xəsarətlə nəticələnən növbəti yol nəqliyyat hadisəsi baş verib.
“Aztimes.az”ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evin yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Mansurova Xəyalə Xəqani qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.Report.