Yarpızın faydalarını bilirsinizmi?
· Yarpız otu həzm problemlərinə qarşı istifadə edilir.
· Yarpız yarpaqlarından reflektor, tac qan damarlarını genişləndirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır.
· Spazm əleyhinə təsiri vardır.
· Öddə olan mayeni artırır və qaraciyəri qoruyur.
· Bədəndə turşu əsasının tarazlığını qorumaq üçün faydalıdır.
· Mentol ehtiva etdiyinə görə, nəfəsaçıcı və bəlğəm gətirən vasitə kimi istifadə edilir.
· Soyuqdəymə və qrip ilə mübarizədə istifadə edilə bilər, çünki təsirli bir mikroböldürücüdür.
· Tərləməni artıraraq qızdırmasalıcı təsir göstərir.
· Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir.
· Yuxusuzluq problemlərinə qarşı istifadə edilir.
· Əsəbləri sakitləşdirmək xüsusiyyəti vardır.
· Əzələ ağırları, revmatizma və artrit kimi problemlərə qarşı təsirlidir.
· Yarpaqlarının tərkibində C vitamini var. İştahanın açılmasına və immunitetin möhkəmlənməsinə yardımçı olur.
· Ürək-damar xəstəliklərinin müalicəsində və qan dövranının nizamlanmasında faydalıdır.
· Hepatit xəstəliyinin müalicəsinə, yoluxucu xəstəliklərdən qorunmağa və yaraların sağalmasına birbaşa kömək edir.
· Astma xəstəliyinin müalicəsinə, qanın təmizlənməsinə və toksin maddələrin xaric olunmasına kömək edir.
Qeyd: Yarpız hamilə və südverən qadınlar üçün təhlükəlidir.
AzTimes.az